Maşınla vurulan piyada xəstəxanada öldü - YENİLƏNİB
15 dekabr 2019 21:09 (UTC +04:00)

Maşınla vurulan piyada xəstəxanada öldü - YENİLƏNİB

Şəmkirdə avtomobil tərəfindən vurulan piyadanın kimliyi məlum olub. 1966-cı il təvəllüdlü Düyərli kənd sakini Rüstəmov Cəmaləddin Hidayət oğlu həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüb.

Yolu keçmək istəyən piyadanı vuraraq hadisə yerindən yayınan sürücü polis tərəfindən saxlanılıb. Yol qəzasının “Vaz 2107” markalı avtomobillə törədildiyi müəyyən edilib. 

 

****

20:06

 

Şəmkirdə piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düyərli kəndində qeydə alınıb. 

Yolu keçmək istəyən təxminən 50-60 yaşında olan kişini hələlik markası müəyyən edilməmiş avtomobil vuraraq hadisə yerindən yayınıb. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Piyadanın vəziyyətinin ağır olduğu bildirilir. 

Hazırda hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Piyadanın kimliyi dəqiqləşdirilir. Sürücünün tapılması istiqamətində əməliyyat axtarışlarına başlanılıb. 

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

# 1024
avatar

Oxşar yazılar