İrəvanda Gürcüstan səfirliyinin avtomobili qarət edilib
15 dekabr 2019 19:45 (UTC +04:00)

İrəvanda Gürcüstan səfirliyinin avtomobili qarət edilib

Gürcüstanın Ermənistandakı səfirliyinin avtomobili qarət edilib.

APA-nın xəbərinə görə, bu barədə “Shamshyan.com” saytı  məlumat yayıb.

“Mercedes” markalı “14 D 001 AM” diplomatik nömrə nişanlı avtomobil dekabrın 13-dən 14-nə keçən gecə İrəvanın Tumanyan küçəsində park edilib. Oğrular gecə avtomobilin bahalı yan şüşələrini söküblər.

Hadisə ilə bağlı Ermənistan polisi və Gürcüstan səfirliyi açıqlama verməyib.

# 862
avatar

Oxşar yazılar