Klub prezidentinin evi qarət olundu
15 dekabr 2019 14:59 (UTC +04:00)

Klub prezidentinin evi qarət olundu


Kiprin “Apollon” futbol klubunun prezidenti Nikos Kirzisin evi qarət olunub.

Apasport.az saytının məlumatına görə, oğurluq baş verən zaman funksioner komandasının oyununu izləmək üçün arenaya yollanıb və qarətçilər bundan yararlanıb.

Bildirilir ki, Kirzis öz komandasının “Anortosis” klubu ilə ev qarşılaşmasına tamaşa etmək üçün 18:08-də evdən çıxıb. Oyun Limasoldakı “Tsirion atletik” stadionunda keçirilib. 18:40-da isə klub prezidentinin evində siqnalizasiya işə düşüb. Buna görə də N.Kirzis oyun başlamazdan əvvəl evinə qayıtmalı olub.

Bu vaxta qədər oğrular təxminən 20 min avro dəyərində qiymətli qol saatlarını götürərək aradan çıxa biliblər. Polis insidentin araşdırılmasına başlayıb.

# 1090
avatar

Oxşar yazılar