Qərargah rəisi: "Yanğın bazarın bir hissəsini əhatə edib"
14 dekabr 2019 19:10 (UTC +04:00)

Qərargah rəisi: "Yanğın bazarın bir hissəsini əhatə edib"

 

“3-cü mikrorayon bazarı"nda yanğın olan əraziyə Fövqəladə Hallar Nazirliyinin 17 yanğınsöndürən maşını cəlb olunub. Yanğın bazarın bir hissəsini əhatə edib”.

APA-nın xəbərinə görə, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib.

Onun sözlərinə görə, yanğın tam söndürülüb, hazırda tüstülənmənin qarşısı alınır.

Hadisə yerinə 5 təcili yardım maşını cəlb olunub, xəsarət alan yoxdur.

# 1461
avatar

Oxşar yazılar