Türkiyəli aktrisa Fahriye Evcen ilk dəfə oğlunun şəkillərini sosial şəbəkədə paylaşıb.
Lent.az-ın məlumatına görə, həmkarı Burak Özçivitlə evli olan aktrisa bu izdivacdan olan oğlu Karanla fotolarına “Karanım” şərhini qeyd edib.
Qeyd edək ki, Fahriye aktyor Burak Özçivitlə 2017-ci ildə ailə qurub. Bu ilin aprelində cütlüyün övladı dünyaya gəlib.