Azərbaycan və İran arasında viza rejiminin ləğvi gündəlikdədir - İran XİN
14 dekabr 2019 14:24 (UTC +04:00)

Azərbaycan və İran arasında viza rejiminin ləğvi gündəlikdədir - İran XİN

 

“İranın Dağlıq Qarabağla bağlı mövqeyi şəffafdır”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi  bu gün  Şərqi Azərbaycan əyalətinə  səfəri zamanı Təbrizdə keçirdiyi mətbuat konfransında deyib.

A.Musəvi bildirib ki, İran Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əməkdaşlıq etməyə hazırdır.

A. Musəvi qeyd edib ki, Azərbaycan Respublikası bölgədəki  proseslərdə  önəmli bir ölkədir və İranın dostudur: “Əlaqələrin inkişaf yollarından biri budur ki, iki ölkənin vətəndaşlarının  qarşılıqlı səfərlərindəki mövcud maneələr aradan qaldırılsın.  Biz öz tərəfimizdən bu xoş niyyəti göstərməyə çalışmışıq. Naxçıvan Muxtar Respublikası ilə ikitərəfli viza rejimini ləğv etmişik.  Digər qonşu ölkələrlə də  viza rejimini ləğv etmək üçün səylərimiz davam etdirilir”.

O deyib ki, Azərbaycan və İran arasında viza rejiminin ikitərəfli ləğvi məsələsi hökumətin gündəliyindədir. 

# 1111
avatar

Oxşar yazılar