Bu məşhurları BİABIR ETDİ: "Sizin səsiniz yoxdur"
14 dekabr 2019 15:08 (UTC +04:00)

Bu məşhurları BİABIR ETDİ: "Sizin səsiniz yoxdur"

Azərbaycanlı müğənni Tuncay Bərdəli qalmaqala səbəb olacaq açıqlama verib.

Lent.az-ın məlumatına görə, ifaçı şou-biznesdə səssiz müğənnilərin adını sadalayıb:

 

”Bəziləri mənə deyir ki, sənin səsin yoxdur. Bu fikri deyənlərin heç musiqidən anlayışı yoxdur. Mənim musiqi təhsilim var. Konservatoriyanın muğam şöbəsini bitirmişəm. Mən muğam ifaçısıyam. Səsim də göz qabağındadır. Hər insanı bəyənən və bəyənməyən də var. Tanınmaq üçün səs vacibdir. Şou-biznesdə 90% müğənninin səsi yoxdur. Məsələn elə Xalq və Əməkdar artistlərimiz var ki, onların səsi yoxdur. Məsələn Xalq artisti Səməd Səməovun, Əməkdar artis Elza Seyidcahanın, Nura Surinin, Roza Zərgərlinin səsi yoxdur. Elza xanım ancaq şeirlər yazsın, amma oxumasın. Mən olanı deyirəm. Xalq bunları görür. Səsi olmayanları seçir. Səsi olmayanların siyahısı çoxdur. Studiyada səslərini düzəldirlər. Əli Mirəliyevin ömür boyu səsi və normal bir mahnısı olmayıb. Ömür boyu hamının sənətini ələyib. Bəs sənin sənətini kim ələsin? Sən heç oxuya bilərsən heç?”


Qeyd edək ki, T.Bərdəli mərhum müğənni Vidadi Bərdəlinin qardaşı oğludur.

# 3453
avatar

Yalçın UĞUR

Oxşar yazılar