Eks-nazir gəlini yenidən şou-biznesə qayıdır
14 dekabr 2019 14:20 (UTC +04:00)

Eks-nazir gəlini yenidən şou-biznesə qayıdır

Mərhum nazir Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurduqdan sonra şou-biznesdən uzaqlaşan müğənni Safura Əliyevadan xəbər var. Lent.az-ın məlumatına görə, keçmiş müğənni yenidən sənətini bərpa edəcək. O, ingilis dilində ərsəyə gətirdiyi “High On Your Love” layihəsi ilə geri dönüş edir. 

Azərbaycanı “Eurovision- 2010”da təmsil edən sənətçi İsveç komandası ilə yenidən əməkdaşlıq etməyə başlayıb. 

Jonas Gladnikoffun prodüserliyi ilə ərsəyə gələn mahnının müəllifləri Will Taylor və Michael James Downdur.

Onlar sosial şəbəkədə layihənin cover fotosunu paylaşaraq “tezliklə” şərhini yazıblar.  Müğənni Safura isə qayıdışla bağlı hər hansı bir post paylaşmayıb. 

# 2355
avatar

Yalçın UĞUR

Oxşar yazılar