Fransada  etiraz edən dəmiryolçulara bayramla əlaqədar müraciət edildi
14 dekabr 2019 08:06 (UTC +04:00)

Fransada etiraz edən dəmiryolçulara bayramla əlaqədar müraciət edildi

 

Fransa hökumətinin yeni pensiya islahatlarına etiraz edən dəmiryol işçilərinin Milad bayramı ilə əlaqədar etirazları müvəqqəti olaraq dayadırmaları xahiş edilib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı Fransa Milli Dəmir Yolları Şirkətinin (SNCF) rəhbəri Jan-Pierre Farandou dəmiryolçulara müraciət ünvanlayıb. 

Müraciətdə Milad bayramının hər kəsin öz ailəsi, yaxınları ilə görüşmələri üçün vacib bir məqam olduğu göstərilib: “Bir çox həmvətənlərimiz valideynlərinə, uşaqlarına, dostlarına baş çəkmək istəyəcəklər. Hər il olduğu kimi, milyonlarla insan əzizlərini görməyə qatarla getməyi üstün tutur. Buna görə də bütün dəmiryol işçilərini və həmkarlar ittifaqı təşkilatlarını bayram günlərində Fransa vətəndaşları naminə həmrəyliyə çağırırıq. Ölkə vətəndaşlarının qatarlarla hərəkətini təmin etmək məqsədilə hər bir əməkdaşdan etirazlara fasilə verməyi xahiş edirəm”. 

Xatırladaq ki, dekabrın 5-dən bəri Fransada hökumət tərəfindən elan edilmiş pensiya islahatları ümumxalq etirazlara səbəb olub. Fransanın Baş Naziri Eduard Filippe yeni qanun layihəsinin gələn ilin fevral ayında parlamentə təqdim olunacağını bildirərək, müvafiq dəyişiklikləri açıqlayıb.

Əmək qabiliyyətli Fransa vətəndaşlarının bəzi təbəqələri, o cümlədən nəqliyyat sektorunda çalışan işçilər yeni pensiya qaydalarına görə, bir sıra imtiyazlardan məhrum olacaqlarını düşünürlər. 

 

# 1043
avatar

Oxşar yazılar