Avtomobildə 45 kq at əti aşkarlandı - FOTO
13 dekabr 2019 10:42 (UTC +04:00)

Avtomobildə 45 kq at əti aşkarlandı - FOTO

İsmayıllıda yararsız ət aşkar edilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, İsmayıllı şəhəri ərazisində “Vaz-21011” markalı avtomobil polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilin yük hissəsinə baxış keçirilən zaman oradan heyvan cəmdəyi aşkar edilib. Nəqliyyat vasitəsinin sürücüsü, İsmayıllı şəhər sakini Elçin Məmmədovdan daşıdığı həmin ətə görə sənədlər tələb olunduqda, o, sənəd təqdim etməyib. Ətin mənşəyi məlum olmadığı üçün avtomobil müvəqqəti duracağa yerləşdirilib. E.Məmmədov izahatında həmin ətin at heyvanına məxsus olduğunu və Ağsu rayonunda kəsərək İsmayıllıya gətirdiyini bildirib.

Aşkar edilmiş 45 kq ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.

# 1082
avatar

Mehman Nəbiyev

Oxşar yazılar