Qəza törədən qadın sürücü jurnalistə hücum etdi - FOTO - VİDEO
13 dekabr 2019 02:47 (UTC +04:00)

Qəza törədən qadın sürücü jurnalistə hücum etdi - FOTO - VİDEO

 

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, avtoqəza Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində qeydə alınıb.

Avtoqəza zamanı Elnur Məmmədovun idarə etdiyi “Range Rover” markalı minik maşını ilə Lamiyə Əbəçiyevanın idarə etdiyi “Jeep Grand Cherokee” markalı nəqliyyat vasitəsi toqquşub. Qəzada xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisədən sonra sürücülər arasında mübahisə də yaranıb. Hətta “Jeep” markalı avtomobilin xanım sürücüsü APA-nın çəkiliş qrupuna da təzyiqlər göstərib.

Əraziyə polis əməkdaşları cəlb olunub və müayinələr aparılıb. Sürücülər ifadələrinin alınması üçün polis orqanına dəvət edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2545

Oxşar yazılar