18 kluba “yox” deyib “Napoli”ni seçdi
12 dekabr 2019 16:18 (UTC +04:00)

18 kluba “yox” deyib “Napoli”ni seçdi

 


Karlo Ançelottinin istefasından sonra “Napoli”nin baş məşqçisi təyin edilən Cennaro Qattuzo ilə bağlı maraqlı məqam üzə çıxıb. Lent.az-ın məlumatına görə, 41 yaşlı çalışdırıcı Neapol klubunun “sükanı arxası”na keçənə qədər xeyli sayda təklifi rədd edib.

Məlum olub ki, Qattuzo nə az, nə çox, düz 18 kluba “yox” dedikdən sonra “Napoli”ni çalışdırmağa razılaşıb. İtaliyalı mütəxəssisi razı sala bilməyən komandaların sırasında “Valensiya”, “Cenoa”, “Sampdoriya” və “Fiorentina” da olub. Bundan əlavə, Rusiya, Yunanıstan və Çin təmsilçiləri də Qattuzodan “hə” cavabı ala bilməyib.

Qeyd edək ki, Cennaro Qattuzo “Napoli”yə qədər “Palermo” və “Milan” klublarını da çalışdırıb.

 

# 1256
avatar

Rizvan Babayev

Oxşar yazılar