Bu şəxslərin pensiya ödənişləri dəyişdi - RƏSMİ
12 dekabr 2019 11:52 (UTC +04:00)

Bu şəxslərin pensiya ödənişləri dəyişdi - RƏSMİ

Vətəndaşlara göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə Dövlət Sosial Müdafiə Fondunun ləğv edilən Səbail və Yasamal şöbələri üzrə aşağıdakı kateqoriyadan olan pensiya alan şəxslərin pensiya işləri Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Pensiya İdarəsinə köçürülüb. Həmin şəxslərin əmək pensiyalarının ödənişi 2019-cu ilin dekabr ayından hər ayın 13-16 aralığında həyata keçiriləcək.

Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib:

“Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsinə əsasən əmək şəraitinə görə güzəştli pensiya təyin edilmiş şəxslər;

“Əmək pensiyaları haqqında” qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən edilməsi ilə pensiya təyin edilmiş şəxsələr, o cümlədən

Dövlət qulluqçuları;

Xüsusi rütbəli şəxslər (prokurorluq, ədliyyə və vergi orqanlarının işçiləri və s.);

Milli Məclisin deputatları;

MSK-nın və Hesablama Palatasının üzvləri;

Ədliyyə orqanlarının mülki işləri;

Məhkəmə hakimləri;

“Əmək pensiyaları haqqında” qanunun 20-ci maddəsinin əhatə dairəsinə düşən digər şəxslər.

Yuxarıda qeyd olunan əmək pensiyası kateqoriyasının əhatə dairəsinə düşən pensiya alan şəxslər  və pensiya təyinatı ilə bağlı müraciət etmək istəyən şəxslərin əlavə sualları olduğu təqdirdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti - 43

Əlaqə nömrəsi: (012) 563-55-46".

# 3300
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar