Mehriban Əliyeva: "Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm"
12 dekabr 2019 10:39 (UTC +04:00)

Mehriban Əliyeva: "Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm"

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib.

Lent.az məlumat verir ki, paylaşımda deyilir:

"Bu gün – 12 dekabr – Azərbaycanın və Azərbaycan xalqının həyatında və taleyində silinməz iz qoymuş dahi şəxsiyyət Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh və tərəqqi arzulayıram".

Qeyd edək ki, paylaşılan fotonun üzərində isə Heydər Əliyevin "Mənim həyatım ən gənc vaxtlarımdan Azərbaycan xalqının taleyi ilə bağlıdır, Azərbaycana həsr olunubdur" sitatı gətirilib.

# 1345
avatar

Oxşar yazılar