"Nə vaxt yeni mahnın olsa, onunla gündəmə gələrsən" - İzzət qınadı
11 dekabr 2019 16:47 (UTC +04:00)

"Nə vaxt yeni mahnın olsa, onunla gündəmə gələrsən" - İzzət qınadı

Müğənni İzzət Bağırzadə süni qalmaqallarla gündəmlə olan həmkarlarını qınayıb.

Lent.az-ın məlumatına görə, ifaçı “Show news” verilişində bildirib ki, onun bu cür gündəmdə qalmağa ehtiyacı yoxdur:

“Bu gün gündəmə təkcə mahnı ilə yox, cürbəcür şeylərlə gəlmək olur. Kiməsə söz atmaqla, dava ilə gündəmdə qalmaq olar. Müğənni gündəmə mahnısı ilə gəlməlidir. Nə vaxt yeni mahnın olsa, onunla gündəmə gələrsən. Məncə, süni gündəmlər 1 həftəlikdir.

Mən hər gün 6-7 yerdə səhnəyə çıxıramsa, ayda 5-6 dəfə toya dəvət olunuramsa, deməli tələbatlıyam".

# 1565
avatar

Yalçın UĞUR

Oxşar yazılar