Yolu keçmək istəyən qadını avtomobil vurdu, vəziyyəti ağırdır - FOTO
11 dekabr 2019 15:09 (UTC +04:00)

Yolu keçmək istəyən qadını avtomobil vurdu, vəziyyəti ağırdır - FOTO

 

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik maşını yolu keçmək istəyən gənc qadını vurub. Qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Piyadanın kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

# 1200
avatar

Oxşar yazılar