Britaniyanın baş naziri jurnalistlərdən qaçıb soyuducuda gizləndi
11 dekabr 2019 19:58 (UTC +04:00)

Britaniyanın baş naziri jurnalistlərdən qaçıb soyuducuda gizləndi

 

Böyük Britaniyanın baş naziri Boris Conson jurnalistlərin sualına cavab vermək əvəzinə süd məhsulları müəssisəsindəki soyuducu kameraya girərək gizlənib.  

Lent.az Lenta.ru-ya istinadla xəbər verir ki, televiziyanın Good Morning Britain tok-şousunun jurnalisti və çəkiliş qrupu Consonun gələcəyi yeri “mühasirəyə” alıblar. Sonra müxbir siyasətçiyə yaxınlaşaraq baş nazirin qonaq kimi onlara gəlməyə hazırlaşıb-hazırlaşmadığını soruşmaq istəyib. 

Baş nazir suala cavabla bağlı tərəddüd edərək “bir saniyə sonra yanınıza gələcəyəm” deyib köməkçilərinin müşayiəti ilə çevrilərək soyuducuya girib. 

Bu mənzərəni proqramın efirində studiyada oturan aparıcılar müşahidə edib. Onlar Consonu müşayiət edənlərdən birinin jurnalistləri görən kimi söyüş söydüyünü dodaqlarının hərəkətindən hiss ediblər. 

 

# 1528
avatar

Oxşar yazılar