334
09:30
11 Dekabr 2019

NATO-nun hərbi karvanı yaxınlığında avtomobil partladı - YENİLƏNİB

Əfqanıstanda hərbi aviabaza yaxınlığında baş verən partlayış nəticəsində xəsarət alanların sayı artıb.

APA-nın "RİA Novosti"yə istinadən xəbərinə görə, Baqram bölgəsində baş verən partlayışda 30-dan çox şəxs yaralanıb.

***

09:00

Əfqanıstanda NATO-nun hərbi avtomobil karvanının yaxınlığında partlayıcı qurğu quraşdırılmış avtomobil partladılıb. Nəticədə 5 nəfər yaralanıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, insident Pərvan əyalətinin Baqram bölgəsində baş verib.

Bildirilir ki, xəsarət alanların hamısı yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu deyilir.

“Pajhwok” agentliyi NATO-nun “Qətiyyətli dəstək” sülhməramlı missiyasının yaydığı açıqlamaya istinadən xəbər verib ki, yaralananlar arasında ABŞ hərbi qulluqçuları və ya koalisiya üzvləri olmayıb. Qeyd olunub ki, hücumun əsas hədəfi alyansın avtomobil karvanı deyil, Baqram aviabazası yaxınlığında yerləşən tibb müəssisəsidir.