Son zamanlar bu virus geniş yayılıb - HƏKİMDƏN XƏBƏRDARLIQ! – VİDEO
11 dekabr 2019 09:03 (UTC +04:00)

Son zamanlar bu virus geniş yayılıb - HƏKİMDƏN XƏBƏRDARLIQ! – VİDEO


Son zamanlar mədə-bağırsaq pozulmaları ilə müşayiət olunan mövsümi xəstəliklər daha çox diqqət cəlb edir.

e-tibb.az-ın xəbərinə görə, bunu həkim-terapevt Emin Məmmədov APA TV-nin “Öncə sağlıq” proqramında mövsümlə bağlı yaranan problemlər, görülməli olan tədbirlərdən danışarkən deyib.

Həkim vurğulayıb ki, soyuq havalarda tez-tez xəstələnmə halları daha çox qapalı mühitdə olmaqdan yaranır. Onun sözlərinə görə, virusların çox geniş yayılmasına səbəb olan əsas amil qapalı mühit, o cümlədən ictimai nəqliyyatdır. E. Məmmədov bildirib ki, əksər mövsümi xəstəliklər virus mənşəlidir.

Onun sözlərinə görə, bu mövsümdə əhali arasında mədə-bağırsaq narahatlıqları ilə müşayiət olunan mövsümi xəstəlik geniş yayılıb və onun törədicisi norovirus deyilən virusdur. Bu, qarında, mədədə ağrı, ishal, qusma şikayətləri ilə özünü büruzə verir. Mütəxəssis, bu kimi hallarda antibiotiklərdən uzaq olmağı, bol miqdarda maye qəbul etməyi, mümkün olduğu qədər yataq rejimində olmağı tövsiyə edib. Həkim onu da deyib ki, mövsümi olaraq yaranan problemlər, öskürək iki həftədən çox davam edirsə, bunun daha ciddi səbəbləri ola bilər...

# 2110
avatar

Oxşar yazılar