“Azərişıq” əməkdaşının ölümünə görə cinayət işi açıldı
10 dekabr 2019 11:38 (UTC +04:00)

“Azərişıq” əməkdaşının ölümünə görə cinayət işi açıldı

Dekabrın 9-da saat 19 radələrində Kürdəmir Elektrik Şəbəkəsinin ustası Xəlilov Əhliman Aydın oğlu cərəyan vurması nəticəsində ölüb.

Lent.az xəbər verir ki, araşdırma zamanı onun rayonun Xırdapay kəndi ərazisindəki betondan olan, 12 nömrəli dirəkdə elektrik xəttini təmir edən zaman cərəyan vurması nəticəsində öldüyü müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə Kürdəmir rayon Prokurorluğunda cinayət işi açılıb.

# 929
avatar

Mehman Nəbiyev

Oxşar yazılar