Bakıda ata və ögey ana azyaşlılara işgəncə verib? - AÇIQLAMA
09 dekabr 2019 13:30 (UTC +04:00)

Bakıda ata və ögey ana azyaşlılara işgəncə verib? - AÇIQLAMA

Dünəndən müxtəlif sosial şəbəkə hesablarında Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayan Xəqani Əkbərov və Nuranə Əkbərovanın (ögey ana) birlikdə himayələrində olan iki azyaşlıya mütəmadi olaraq işgəncə vermələri ilə bağlı məlumat yayılıb.

Bununla bağlı Lent.az-a açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, azyaşlıların babasının (ana atasının) videosunu sosial şəbəkə hesabında artıq dünəndən paylaşıb və müvafiq orqanlara müraciət edib:

"Düşünürəm ki, burada qarşı tərəf də danışdırılmalıdır və faktlar ortaya çıxmalıdır. Düzdür, videodan uşaqlara qarşı zorakılıq faktları görülür, amma uşaqlar çox kiçikdir və onların dedikləri məndə şübhə yaradır.

Deyim ki, burada qərəzli yanaşma da ola bilər. Çünki orada deyilir ki, efirə gedilib və pul istənilib. Sözügedən məsələni araşdırmışam və öyrənmişəm ki, elə bir şey olmayıb. Onların getdiyi zamanın bütün videolar çıxarılıb, baxılıb və yalan olduğu müəyyən edilib".

K.Ağazadə son olaraq deyib ki, yayılan məlumatlarda qərəz olmazsa, ata və analıq cəzalarını almalıdır:

"Daha sonra isə uşaqlara qəyyum təyin edilməlidir. Yox əgər qərəz aşkarlanarsa, düşünürəm ki, babaya cəza verilməlidir”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-ya açıqlamasında qeyd edib ki, daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi tərəfindən araşdırma aparılıb. Tərəflərin izahatları alınıb, hər iki azyaşlının aldıqları bədən xəsarətlərinin ağırlıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib. Məhkəmə-tibb ekspertizasının rəylərində azyaşlıların müxtəlif vaxtlarda bədənlərinin bir sıra nahiyələrində aldıqları xəsarətlərin sağlamlığa az ağır və yüngül zərər vurmaya aid olduğu müəyyən edilib.

Xəqani Əkbərov və Nuranə Əkbərovanın birlikdə himayələrində olan iki azyaşlıya mütəmadi olaraq əzab verməklə xəsarət yetirmələri faktı üzrə toplanmış material cinayət işinin başlanması məsələsinə baxılması üçün Sabunçu rayon Prokurorluğuna göndərilib.

Qeyd edək ki, hadisə haqqında ilk məlumatı jurnalist Elgün Gəncimsoy sosial şəbəkə hesabından yayıb. Əsas fotodakı şəxs də jurnalistin özüdür.

# 7925
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar