Yeniyetmələrin pulunu alan şəxs axtarılır
09 dekabr 2019 13:05 (UTC +04:00)

Yeniyetmələrin pulunu alan şəxs axtarılır

Bakıda quldurluq hadisəsi qeydə alınıb.

Lent.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 25-də naməlum şəxs Bakı şəhər sakinləri olan 3 yeniyetməni hədələyərək onlardan ümumilikdə 1850 manat pul alıb. Bu barədə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

Həmin şəxsin tutulması üçün zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

# 619
avatar

Mehman Nəbiyev

Oxşar yazılar