Liviya Baş naziri: "Xəlifə Haftarın qırıcısını məhv etdik"
08 dekabr 2019 07:26 (UTC +04:00)

Liviya Baş naziri: "Xəlifə Haftarın qırıcısını məhv etdik"

0

 

Liviya Milli Barışıq Hökumətinin Baş Nazir Faiz Saraj şənbə günü marşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusuna məxsus döyüş təyyarəsini məhv etdiklərini iddia edib. 

APA-nın "Əl Cəzirə"yə istinadən verdiyi məlumata görə, Baş nazir qeyd edib ki. “MiG-23” tipli qırıcı Tripolidən 10 km cənubda, Qasr Ben-Gaşir bölgəsindəki Yarmouk hərbi bazası yaxınlığında vurulub. 

Lakin Faiz Saraj pilotun taleyi barədə məlumat verməyib. 

Qeyd edək ki, hazırda Liviyada paralel olaraq iki hökumət mövcuddur: beynəlxalq səviyyədə tanınan Saraj kabineti və ölkənin şərqində seçilmiş parlamentlə birlikdə fəaliyyət göstərən və Haftar qüvvələri tərəfindən dəstəklənən Abdullah Əbdürrəhman at-Taninin müvəqqəti kabineti.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1377

Oxşar yazılar