Dünyanı gözləyən təhlükə - ARKTİKA ƏRİYİR
07 dekabr 2019 15:13 (UTC +04:00)

Dünyanı gözləyən təhlükə - ARKTİKA ƏRİYİR

Arktikada son 10 ildə  isinmə 137 ildə Yerin qalan hissəsində olduğundan çox olub.

Lent.az xəbər verir ki,  aparılan yeni tədqiqatın nəticələrinə görə, qütblərdə isinmə planetin qalan ərazisində olduğundan daha çoxdur. Tədqiatlarda təbiətşünaslıq, sosial və siyasi elmlər üzrə ixtisaslaşmış 15 alim iştirak edib.  Onların qənaətinə görə, son on ildə Arktika 0,75 dərəcə, bütün planetin temperaturu isə son 137 ildə elə həmin səviyyəyə yaxın – 0,8 dərəcə  isinib.

Tədqiqatın aparıcı müəllifi olan Erik Post bildirib ki, son illərin iqlim dəyişiklikləri olduqca dramatikdir.

Alimlərin proqnozlarına görə, növbəti 40 ildə Yer kürəsində ümumi temperatur səviyyəsi 2 dərəcə  artacaq. Bunun nəticəsində Arktikada ilin bir neçə ayı ərzində temperatur 7 dərəcə, Antarktidada isə 3 dərəcə  qalxacaq. Tədqiqatçılar qeyd edirlər ki, Arktikada isinmə vəhşi təbiətə, insan fəaliyyətinə, tundranın florasına, metan emissiyasına və bütün dünyada buzların əriməsinə təsir edəcək.

Lapland Universiteti Arktika Mərkəzinin elmi işçisi Bryus Forbsun qənaətinə görə, hazırda insanlar Arktikanı tamamilə dəyişməsələr də, prosesin astanasındadırlar. Rusiyanı misal gətirən alim bildirir ki, son illər ekstremal hava şəraiti qışda qarın üzərində buzlaşma olması səbəbindən şimal marallarının kütləvi qırılmasına, habelə bu heyvanların daimi buzlaqların əriməsi üzündən yaranan Sibir xorasından tələf olmasına gətirib çıxarıb: “İsinmənin əsas fəsadları qütb regionunun hüdudlarından kənara yayılır ki, bunun da səbəbi karbon qazı emissiyasının artmasıdır. Arktika və Antarktikada buzlaqların əriməsin nəticəsində dəniz suyunun səviyyəsinin qalxması, habelə ekstremal hava şəraitinin yaratdığı yüksək risk dərəcəsi, anomal istilər və Şimal yarımkürəsinin bəzi hissələrində meşə yanğınları istiləşmənin fəsadlarıdır”.

Tədqiqatçılar hesab edirlər ki, karbon qazının atmosferə emissiyasının azaldılması üzrə aktiv və operativ tədbirlər sayəsində yüksək enliklərdə, xüsusilə Arktikada isinməni gecikdirmək mümkün ola bilər.

 

 

 

# 1247
avatar

Oxşar yazılar