Bu kafedə ofisiantlığı robotlar edir
06 dekabr 2019 19:35 (UTC +04:00)

Bu kafedə ofisiantlığı robotlar edir

Tokioda ofisiantlar qismində robotların da çalışdığı “Pepper Parlor” kafesinin açılışı olub.

Lent.az “ictnews”a istinadən xəbər verir ki, robotlar adi ofisiantlar kimi müştəriləri salamlayır, sifarişlər qəbul edir və masa arxasında qonaqlarla söhbət edirlər.

“Softbank Robotics” şirkəti üçün istehsal etdiyi “Pepper” insanabənzər robotunun müştərilərə xidmət göstərəcək kafenin açılışı əlamətdar hadisədir, çünki bu, şirkət üçün ilk belə müəssisədir. Hazırda “Softbank Robotics Pepper” robotları aeroport, bank, universitet və ərzaq mağazalarında istifadə olunur.

Kafedə “Pepper” ilə yanaşı, bir çox digər robotları görmək mümkündür. Məsələn, “Nao” robotları əyləncəli proqramları təmin etməklə səhnədə sərbəst hərəkət edirlər. “Whiz” robotları isə təmizlik işləri ilə məşğul olurlar.

# 1213
avatar

Oxşar yazılar