Siqaret çəkənlərin NƏZƏRİNƏ: bu qidalar...
06 dekabr 2019 09:14 (UTC +04:00)

Siqaret çəkənlərin NƏZƏRİNƏ: bu qidalar...


Alimlər qidalanmanın sağlamlığa təsiri barədə daha bir maraqlı araşdırma aparıblar.

Bu dəfə məlum olub ki, təzə pomidor, alma və banan hətta siqaret çəkənlərin ağciyərlərini bərpa edir.

e-tibb.az xəbər verir ki, Con Hopkins Universitetinin Bloomberg Xalq Sağlamlığı Məktəbinin mütəxəssisləri tərəfindən 650 könüllü arasında aparılan uzunmüddətli tədqiqatın nəticəsində belə qənaətə gəlinib.  

Əvvəlcə alimlər ağciyərin vəziyyətini və xəstələrin qidalanma xüsusiyyətlərini qiymətləndiriblər. 10 ildən sonra təkrar müayinə aparılıb. Məlum olub ki, qida rasionu təzə pomidor, alma və bananla zəngin olan insanlarda orqanın funksiyasının azalması dayanır. Müəlliflər bildiriblər ki, sağlamlıq vəziyyətindən asılı olaraq, təxminən 30 yaşdan sonra ağciyər funksiyasının azalması tendensiyası başlayır. Ağciyər funksiyasının azalması xəstələrin tənəffüs və digər ağciyər xəstəliklərinə qarşı həssaslığını artırır. Tədqiqat iştirakçıları gündə 2-dən çox pomidor və 3 porsiya təzə meyvələr qəbul ediblər. 10 il sonra alimlər müəyyən edib ki, onların bəzilərində ağciyərlər bərpa olunmağa başlayıb.

Vurğulanıb ki, alma, banan və pomidorun müntəzəm olaraq istifadəsi ağciyər funksiyasının yaşla bağlı azalmasının qarşısını alır. Həmçinin siqaret çəkmə nəticəsində zərər çəkmiş orqanın bərpasına kömək edir.

# 1187
avatar

Oxşar yazılar