İranda toyda FACİƏ: 11 ölü, 34 yaralı...
06 dekabr 2019 07:22 (UTC +04:00)

İranda toyda FACİƏ: 11 ölü, 34 yaralı...

Cümə axşamı İranın qərbində Kürdüstan əyalətinin Sakkez şəhərində toy mərasimi zamanı partlayış baş verib.

APA "Mehr" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində beşi uşaq olmaqla, 11 nəfər ölüb, 34 nəfər yaralanıb. 

Yerli hakimiyyət orqanlarının məlumatında bildirilib ki, partlayışa səbəb qaz sızması olub. 

Yaralıların sağlamlıq durumları barədə məlumat verilməyib. Müxtəlif dərəcəli xəsarət alan yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

 

# 1528
avatar

Oxşar yazılar