İnstaqram istifadəçilərinin nəzərinə: mütləq tələb ediləcək
05 dekabr 2019 19:58 (UTC +04:00)

İnstaqram istifadəçilərinin nəzərinə: mütləq tələb ediləcək

İnstaqram sosial şəbəkəsində hesab yaradarkən doğum tarixinin göstərilməsi tələb ediləcək.

Lent.az “ictnews”a istinadən xəbər verir ki, bu haqda məlumat instagramın rəsmi saytında dərc edilib:

"Bu gündən başlayaraq instaqramda hesab yaradarkən doğum tarixinin göstərilməsi tələb olunacaq. Sosial şəbəkədən istifadə qaydalarımıza görə, əksər ölkələrdə hesab yaratmaq üçün ən azı 13 yaşınız olmalıdır".

Məlumata görə, doğum tarixi digər istifadəçilər üçün əlçatan olmayacaq.

# 1486
avatar

Oxşar yazılar