Parlament buraxıldı, növbədənkənar seçki təyin edildi - Prezidentdən sərəncam
05 dekabr 2019 16:33 (UTC +04:00)

Parlament buraxıldı, növbədənkənar seçki təyin edildi - Prezidentdən sərəncam

Prezident İlham Əliyev Milli Məclisin beşinci çağırışının buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, sərəncama əsasən,  Milli Məclisin beşinci çağırışı buraxılıb.

Qeyd edək ki,  Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

# 3313
avatar

Oxşar yazılar