1151
16:32
05 Dekabr 2019

Bakı Uşaq Teatrı premyeraya hazırlaşır

Dekabrın 8-də Aktyorlar evində Əməkdar artist İntiqam Soltanın və Mehman Piriyevin quruluşunda Arzu Soltanın analara və oğullara ithaf etdiyi “Ballı” tamaşasının premyerası olacaq.

Lent.az xəbər verir ki, tamaşa Bakıda keçirilən “2+1” III Eksperimental Teatr Festivalı çərçivəsində oynanılacaq.

Tamaşada rolları Flora Hüseynova, Sənan Fərzəliyev və Toğrul İsabəyli ifa edirlər.