587
11:28
05 Dekabr 2019

Evdən qadın meyiti tapıldı - YENİLƏNİB

Abşeronda evdən meyiti tapılan qadının xəstəlikdən öldüyü məlum olub.

Abşeron rayon Prokurorluğundan Lent.az -a verilən məlumata görə, həyata keçirilən araşdırmalar zamanı evdən meyiti tapılan Firuzə Verdiyevanın epilepsiya xəstəliyindən əziyyət çəkməsi və onun ölümünə də həmin xəstəliyin səbəb olduğu müəyyənləşib.

Qeyd edək ki, hadisədən dərhal sonra ilkin ehtimal kimi F. Verdiyevanın qətlə yetirilməsinə dair xəbərlər yayılmışdı.

***

4 dekabr, saat 22:56

Abşeronda ölüm hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qobu qəsəbəsindəki evlərdən birində qeydə alınıb. Evə baxış keçirilən zaman 1994-cü il təvəllüdlü Verdiyeva Firuzə Kamandar qızının meyiti aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.