Bakıda bu avtobusun hərəkəti dəyişdirilir - FOTO
05 dekabr 2019 10:17 (UTC +04:00)

Bakıda bu avtobusun hərəkəti dəyişdirilir - FOTO

46 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib.

Lent.az-a Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, bu marşrut xətti üzrə avtobuslar General Əliağa Şıxlınski və Səmədbəy Mehmandarov küçələrinin kəşisməsinədək hərəkət edəcək.

Avtobusların qeyd edilən ərazidə rahat və təhlükəsiz manevr etməsi məqsədi ilə kəsişmədə dairə təşkil edilib.

Məlumat üçün bildirək ki, Günəşli qəsəbəsi, Əliağa Şıxlınski küçəsində, xüsusilə Gəncə prospektində yaşayan sakinlərdən həmin əraziyə müntəzəm marşrutun təşkil edilməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə çoxsaylı vətəndaş müraciətləri daxil olurdu.

Qeyd edək ki, dəyişiklik dekabrın 7-dən tətbiq ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1151

Oxşar yazılar