Bakı-Sumqayıt qatarında texniki nasazlıq aradan qaldırıldı - FOTOLENT - YENİLƏNİB
05 dekabr 2019 10:20 (UTC +04:00)

Bakı-Sumqayıt qatarında texniki nasazlıq aradan qaldırıldı - FOTOLENT - YENİLƏNİB

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-sərnişin Keşlə mənzilində kontakt şəbəkədə texniki nasazlıq yaranması barədə məlumatlara aydınlıq gətirib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən APA-ya bildirilib ki, kəskin hava şəraiti ilə əlaqədar (güclü küləyin əsməsi nəticəsində) bu gün saat 03:25 radələrində Bakı-sərnişin Keşlə mənzilində kontakt şəbəkədə texniki nasazlıq yaranıb.

Hadisə nəticəsində saat 07:50-də Bakıdan, 08:40-da Sumqayıtdan yola düşməli olan elektrik qatarları hərəkətdə olmayıb.

Təcili bərpa işlərinə başlanılıb və texniki nasazlıq aradan qaldırılıb.

Hazırda qatarlar cədvəl üzrə hərəkət edir.

***

09:27

Bu gün saat 08:38-də Sumqayıtdan gəlməli olan Bakı-Sumqayıt qatarı ləğv olunub. 

APA-nın xəbərinə görə, buna səbəb kontakt şəbəkədə qırılmanın olmasıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1359

Oxşar yazılar