465
17:38
04 Dekabr 2019

Münaqişələrin həlli tərəflərin maraqları nəzərə alınmaqla nizamlanmalıdır - Rusiya XİN

“Rusiya münaqişələrin oturuşmuş formatlar çərçivəsində nizamlanmalı olduğunu hesab edir”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin XİN başçısı Sergey Lavrovun Slovakiya paytaxtında keçiriləcək ATƏT XİN başçıları Şurasının iclasında iştirakı ilə bağlı yaydığı açıqlamada bildirilib.

Açıqlamanın ATƏT-in Cənubi Qafqazdakı münaqişələrin həllində oynadığı rol barədə olan hissəsində qurumun Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin nizamlanmasında faydalı rol oynadığı vurğulanıb.

Bildirilib ki, ATƏT Cənubi Qafqazda təhlükəsizlik və sabitliklə bağlı Cenevrə müzakirələrində həmsədrlərdən biridir: “Hesab edirik ki, hər hansı bir münaqişənin nizamlanması oturuşmuş formatlar çərçivəsində və münaqişə tərəflərinin birbaşa iştirakı və maraqları nəzərə alınmaqla, sülh və siyasi-diplomatik metodlarla həyata keçirilməlidir”.