Brent markalı neft dünyada tükənəcək
04 dekabr 2019 19:14 (UTC +04:00)

Brent markalı neft dünyada tükənəcək

Brent neftinin ehtiyatları 2020-ci ildə artıq yox ola bilər. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, internet mənbələrin məlumatına görə, neft hasilatı ilə məşğul olan bir şirkət ən son neft platformasını istismara verəcək.

Brent neft yataqları Şetland adaları və Norveç arasında yerləşir. O, 48 il əvvəl kəşf edilib. O zaman dünyanın ən böyük neft yatağı hesab olunur. 

Burada neft və qaz hasilatına 1975-ci ildən başlanıb. Sonrakı illərdə xammalın həcmi yalnız artıb.

Məlum olduğu kimi, Brent nefti 1980-cı ildə etalon kimi tanınıb. Digər xammalların dəyəri məhz bu neftdən asılıdır. 

Məlumatda qeyd edilir ki, 1990-cı illərin əvvəllərindən yataqlardan neft hasilatı azalmağa başlayıb. 

 

 

# 1438
avatar

Oxşar yazılar