2398
10:23
04 Dekabr 2019

Ginekoloqlar xəstələri gizli çəkib, videoları...

Odessada bir neçə xəstəxananın ginekoloqları 6 ərzində pasiyentlərinin iştirakı ilə pornoqrafik materiallar hazırlayıblar.

Lent.az medicina.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Qeyri-qanuni hərəkətlərin üstü bir pasiyentin özünün görüntüsünü porno saytların birində görməsi ilə açılıb.
Qadın polis və prokurorluğa müraciət edib. Məlum olub ki, 2018-ci ildə Odessa onkoloji dispanserində xəstənin ginekoloji UZİ müayinəsi gizli kameraya çəkilib. Bu videolar xarici pornosaytlara satılıb.

Kabinetdə aparılan yoxlama zamanı polis fleş və disklər aşkarlayıblar. Onlarda da gizli kamera ilə çəkilmiş videolar olub.

Onkoloji dispanserin rəhbərliyi bu cinayətdən xəbərsiz olduğunu bildirib. Bu videoları çəkənin dispanserdə həkim işləmədiyi, sadəcə xəstəxananın icarə hissəsində kabinet kirayələdiyi məlum olub.

Rəhbərliyin dediyinə görə, qanunlar dispanserin rəhbərliyinə icarəçilərin işinə qarışmağa qadağa qoyub, ona görə o kabinetdə nə baş verdiyindən xəbər tutmaq mümkün olmayıb.