Azərbaycanın imtahan mərkəzlərində yeni sistem tətbiq olunacaq
03 dekabr 2019 15:10 (UTC +04:00)

Azərbaycanın imtahan mərkəzlərində yeni sistem tətbiq olunacaq

 

Gələn ildən etibarən Azərbaycan üzrə bütün imtahan mərkəzlərində üzün tanınması sistemi tətbiq olunacaq.

Bunu "APA-Economics"ə “Bakinity” şirkətinin icraçı direktoru Eldar Qurbanov deyib.

Onun sözlərinə görə, ilkin olaraq sistem bu il Bakıda pilot rejimində tətbiq olunub.

"Bu sistemin tətbiqi imtahan zamanı qarşılaşa biləcək saxtakarlığın qarşısını almağa imkan yaradır. Qeyd edim ki, sistem həmçinin ölkədə hüquq-mühafizə orqanları tərəfindən də sınaqdan keçirilib və əminəm, yeni sistem yaxın iki il ərzində ölkədə geniş tətbiq olunacaq", - deyə E.Qurbanov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1407

Oxşar yazılar