“Ronaldo futbol tarixinin ən yaxşısıdır”
03 dekabr 2019 11:19 (UTC +04:00)

“Ronaldo futbol tarixinin ən yaxşısıdır”


“Yuventus” və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldo “Qızıl top” mükafatının sahibinin açıqlandığı mərasimə qatılmayıb.

Lent.az-ın məlumatına görə, səsvermədə 3-cü olaraq Lionel Messiyə uduzan 34 yaşlı hücumçu Parisə getməməyi üstün tutub. Əvəzində mərasimə Ronaldonun agenti Jorje Mendeş qatılıb. O, “Qızıl top”la bağlı jurnalistlərə qısa açıqlama verib: “Ronaldo futbol tarixinin ən yaxşısıdır və bunu siz də bilirsiniz. Artıq şərhə ehtiyac yoxdur!”.

Qeyd edək ki, “Barselona”nın və Argentina yığmasının formasını geyinən Lionel Messi karyerasında 6-cı dəfə “Qızıl top” mükafatını qazanaraq ilkə imza atıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1738

Oxşar yazılar