789
10:15
03 Dekabr 2019

Kişi borclu olduğu qadını bıçaqladı

Xaçmazda bıçaqlanma hadisəsi olub.

Lent.az xəbər verir ki, noyabrın 30-da gecə saat 3 radələrində Xaçmaz şəhəri, Günəşli küçəsində yaşayan, 33 yaşlı Bayramova İlhamə Abdul qızı “döş qəfəsinin sol hissəsinin kəsilmiş-deşilmiş yarası” diaqnozu ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına gətirilib. Xəstəxanada 33 yaşlı qadın hadisənin evində şüşə batması nəticəsində baş verdiyini söyləyib.

İlhamə Bayramovanın xəsarət alması ilə əlaqədar xəstəxanaya daxil olması barədə rayon Polis Şöbəsində araşdırma başlanılıb. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə alan İlhamə Bayramova cərrahiyyə əməliyyatından sonra dekabrın 2-də DİN-nin “102” qaynar xəttinə zəng edərək, Tural Qənbərov adlı tanışının bıçaqladığını bildirib. İlhamə Bayramovaya pul borcu olan Tural Qənbərov yaşadığı Xaçmaz şəhəri, Bakı prospektində Əlillər üçün tikilən yaşayış binası ilə üzbə-üz küçədə onun qarın nahiyəsinə 1 ədəd bıçaq xəsarəti yetirib.

Məlumat əsasında hadisə yerinə baxış keçirilib, izahatlar alınıb, məhkəmə-tibbi ekspertiza təyin edilib. Araşdırma nəticəsində cinayəti törədən şəxsin Xaçmaz şəhər sakini Qənbərov Tural Ənvər oğlu olduğu müəyyən edilib.

Hadisə ilə əlaqədar Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.

Dİgər xəbərlər