376
09:20
03 Dekabr 2019

27 yaşlı qadını maşınla vurub qaçdı

Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az -ın məlumatına görə, naməlum dövlət qeydiyyatlı nişanlı avtomobil 1992-ci il təvəllüdlü Həşimova Əzizə Ariz qızını vuraraq hadisə yerindən qaçıb. Nəticədə Əzizə Həşimova xəsarət alıb. Bu barədə zərərçəkmiş özü DİN-nin “102” qaynar xəttinə zəng edərək məlumat verib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.