988
11:38
02 Dekabr 2019

Bakıda tikintidəki bədbəxt hadisədən SON MƏLUMAT

Bakıda tikintidə fəhlə 3-cü mərtəbədən yıxılıb.

1 saylı Kliniki Tibbi Mərkəzdən Lent.az -a verilən məlumatda tikintinin 3-cü mrətəbəsindən yıxılaraq döş qəfəsi və qarnın küt travması diaqnozu qoyulan 1985-ci il təvəllüdlü Rüstəmov Elmin Elbrus oğlunun səhhətinin normal olduğu bildirilib. Xəstəxanadan verilən xəbərdə o da bildirilir ki, zərərçəkmişin vəziyyəti qənaətbaəxş olduğundan tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Qeyd edək ki, hadisə Nəsimi rayonu, Mirəli Qaşqay və Ruhulla Axundov küçələrinin kəsişməsində yerləşən yeni tikilən binada baş verib.
Fakla bağlı araşdırma aparılır.

Onu da qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı report.az verib.

Dİgər xəbərlər