Səsvermə başladı - “QIZIL BUTA” mükafatının təqdimatı olacaq
02 dekabr 2019 10:54 (UTC +04:00)

Səsvermə başladı - “QIZIL BUTA” mükafatının təqdimatı olacaq

“DAİM” Mərkəzi  2019-cu ilin yekunlarına dair “QIZIL BUTA” Mükafatının təqdimat mərasimini keçirəcək.

Lent.az-ın məlumatına görə, “DAİM” Mərkəzinin sədri Zaur Mirzə-zadə bildirib ki, ənənəvi olaraq artıq 10 ildir müxtəlif nominasiyalarla səsvermədə qalib olmuş şəxsləri təltif edirlər.

“Bu il də  2-17 dekabr tarixləri arasında  sorğu keçirilir. Sorğu  xalq.az xəbər portalının texniki dəstəyi ilə həyata keçirilir. Budəfəki sorğu sayt üzərində, anket-sorğu  formasında sosial şəbəkələrdə, həmçinin “DAİM” Mərkəzinin koordinatorları tərəfindən aparılacaq. Sosial şəbəkələrdə, sayt üzərindən keçirilən səsvermələrə və aparılan sorğulara əsasən, qaliblər müəyyən olunacaq. Müxtəlif nominasiyalar üzrə keçirilən sorğuda qaliblər “QIZIL BUTA” Mükafatı ilə təltif olunacaqlar. Səsvermənin nəticələri KİV-də dərc olunacaq və qaliblər möhtəşəm tədbirdə mükatlandırılacaqlar”.

Qeyd edək ki, buraya daxil olub  “QIZIL BUTA” Mükafatçısını səsvermə yolu ilə müəyyənləşdirə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1520

Oxşar yazılar