Müdafiə Nazirliyi: "Erməni mətbuatının yaydığı xəbər növbəti dezinformasiyadır"
30 noyabr 2019 12:50 (UTC +04:00)

Müdafiə Nazirliyi: "Erməni mətbuatının yaydığı xəbər növbəti dezinformasiyadır"

 

“Ermənistan mətbuatının guya cəbhənin Ağdam istiqamətində Azərbaycan Ordusunun Həşimov Səbuhi Səttarxan oğlu adında hərbi qulluqçusunun həlak olması barədə yaydığı məlumat növbəti dezinformasiyadır”.

 

Müdafiə Nazirliyindən Lent.az-a bildirilib ki, Azərbaycan Ordusu cəbhədə itki verməyib və ümumiyyətlə bu ad və soyadda hərbi qulluqçumuz yoxdur.

“Son günlər cəbhə xəttindəki vəziyyətlə bağlı Ermənistan tərəfi bir neçə dəfə yalan məlumat yaymaqla gələcək təxribatları üçün zəmin yaratmaq niyyətindədir. Qarşı tərəfi bu kimi addımlardan çəkinməyə çağırır və düşməni onun istənilən fəaliyyətinin qarşısının Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal və qətiyyətlə alınacağı barədə xəbərdar edirik”, - deyə məlumatda qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1255

Oxşar yazılar