Bakıda sürücü piyadanı elə döydü ki... - SƏBƏB
29 noyabr 2019 19:58 (UTC +04:00)

Bakıda sürücü piyadanı elə döydü ki... - SƏBƏB

Bakıda döyülmə hadisəsi baş verib. 

Lent.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Nizami rayonu, metronun “Xalqlar dostluğu” stansiyası yaxınlığında qeydə alınıb. Rayon sakini Əliyev Sərxan Vahid oğlu piyada keçidindən yolu keçərkən həmin istiqamətdə hərəkət edən avtomobilin sürücüsü maşını sürətlə sürdüyü üçün çətinliklə saxlayıb.

Sürücü və piyada S. Əliyev arasında baş verən mübahisə davaya çevrilib. Nəticədə sürücü S.Əliyevə müxtəlif  bədən xəsarətləri yetirib.

Faktla bağlı Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində araşdırma aparılır.


Əcəmi Əsədulla

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2146

Oxşar yazılar