377
15:15
29 Noyabr 2019

İstedadlı Əlillər İctimai Birliyi Günərzi Xidmət Mərkəzində görüş keçirib

İstedadlı Əlillər İctimai Birliyinin yaranmasının 6 illiyi və 3 dekabr Beynəlxalq əlilliyi olan insanların günü münasibəti ilə Sumqayıt şəhərində fəaliyyət göstərən “Günərzi Xidmət Mərkəzində görüş keçrilib.

Birliyin mətbuat xidmətindən Lent.az -a verilən məumata görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayt şəhər və Abşeron rayon şəbələrinin, dövlət və QHT nümayəndələri iştrak edirdi.

Qonaqlar Mərkəzdə aztəminatlı ailələrin uşaqları üçün yaradılan şəraitlə tanış oldular. Tədbrin açılışında Dövlət Himni səsləndirildikdən sonra “İstedadlı Əlillər İctimai Birliyinin sədri Cavad Qasimov təşkilatın fəaliyyəti barədə geniş məlumat verdi və rəhbərlik etdiyi layihə haqqında öz fikirlərini bölüşərək qeyd etdi ki, “...layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi əsasında uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi xidmət mərkəznin fəaliyyət göstərilməsindən bəhs edir.

Layihənin məqsədi 3-12 yaş arası çətin həyat şəraitində olan uşaqlara günərzi xidmətlərinin göstərilməsi, həmin uşaqlara gündəlik inkişaf xidmətlərinin göstərilməsi, onlara psixoloji dəstəyin və məsləhətlərin verilməsi, uşaqlar üçün hüquqi müvəkkilliyin təmin edilməsi, uşaqların maraq və qabiliyyətləri nəzərə alınaraq müxtəlif dərnəklər vasitəsilə özünəxidmət bacarıqlarının artırılması və təxəyyülün inkişaf etdirilməsi, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasının təmin edilməsi, Mərkəzə cəlb edilən uşaqların vaxtının səmərəli təşkili məqsədi ilə müxtəlif tədbirlərin həyata keçirilməsi, çətin həyat şəraitində olan ailələrin mərkəzlərin fəaliyyəti haqqında məlumatlandırılması və onların sosial xidmətlərə çıxışının təmin edilməsi, layihə müddətində Sumqayıt şəhərində yaşayan azı 30 uşağa günərzi xidmətlərin göstərilməsindən ibarətdir.”

Sonra DSMF –nun Sumqayt şöbəsinin əməkdaşı Şüküfə Behbudova, Abşeron şöbələrinin əməkdaşı Minəvər Cabbarova və Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyaslna Dəstək İctimai Birliyinin Sədri Səbinə xanım Kərimova sosial xidmət mövzusunda çıxış etdilər.
Tədbir Mərkəzin fəaliyyətinə cəlb olunan uşaqların iştrakı ilə təşkil olunan musiqi və əyləncə proqramı ilə davam etdi.