Bakıda döyülmə hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Rayon sakini E.B.nı yaşadığı ünvanda H.A. döyüb. Davaya səbəb H.A.nın əri R.A.nın ailəsindən ayrılaraq E.B. ilə birlikdə sevgili kimi yaşaması olub.
Əri dünən uşaqlarını həyat yoldaşı H.A.dan alaraq E.B.nin evinə gətirib. H.A.uşaqlarını aparmağa gedən zaman E.B. ilə aralarındakı sözlü mübahisə əlbəyaxa davaya çevrlib.
Faktla bağlı Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində araşdırma aparılır.
Əcəmi Əsədulla