Elnarə Nigara elə cavab verdi ki..."...anasını, atasını" - VİDEO
29 noyabr 2019 11:47 (UTC +04:00)

Elnarə Nigara elə cavab verdi ki..."...anasını, atasını" - VİDEO

 

Əməkdar artist Elnarə Abdullayeva müğənni Nigar Camalın onu tanımamasına münasibət bildirib.

Lent.az-ın məlumatına görə, xanəndə “Show news” verilişində Nigarın sözlərinə bu cür cavab verib:  

“Nə edim? Gedib onu vurum, öldürüm? Tanımır da. Seyid Şuşinskidən bağda oturan zaman ona gəlib deyirlər ki, təzə çıxanlar səni bəyənmir. O da cavabında deyir ki, siz hələ gəlin məndən soruşun ki, mən onları bəyənirəm, yoxsa yox. İndi hələ bir şoruşun ki, muğam ifaçıları kimisə bəyənir? Biz muğam ifaçısıyıq. Biz şou adamı deyilik. Muğam ifaçısıyıq. Xalqın dərrakəli, ağıllı ifaçıları olmalıyıq. Azərbaycan musiqisinin anasını, atasını çiynində gəzdirən bizik. Kiminsə bizi bəyənməməsi, tanımaması bizim üçün önəmli deyil. Azərbaycan mədəniyyətinə xidmət edirik”.

Qeyd edək ki, N.Camal E.Abdullayevanın adını eşidən zaman "O, kimdir? Adını bilmirəm, yəqin üzünü tanıyıram. Xətrinə dəyməsin, amma tanımıram. Xanəndələri tanımıram", - sözlərini demişdi.

# 33233
avatar

Yalçın UĞUR

Oxşar yazılar