986
12:14
30 Noyabr 2019

3400 tısbağa gömrüyü keçə bilmədi, Rusiya vətəndaşı saxlanıldı

Gömrük əməkdaşları 3400 su tısbağasının qanunsuz yolla ölkəyə keçirilməsinin qarşısını alıb.

Lent.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Gürcüstandan ölkəyə daxil olan xarici dövlət nişanlı avtomobil gömrük əməkdaşları tərəfindən yoxlanılıb. Yoxlama zamanı avtomobilin yük hissəsindən 9 ədəd qutu aşkar edilib. İçərisinə hava girməsi təmin edilən qutularda 3400 su tısbağası, idxala icazəsi olmayan və heç bir vergisi ödənilməyən 515 heyvan yemi də əməkdaşlar tərəfindən götürülüb. Ələ keçirilən su tısbağaları Milli Parklar İdarəsinə təhvil verilib. Dəyəri 200 min türk lirəsi (təxminən 59 min manat) olan 3400 su tısbağası və 515 heyvan yemini Gürcüstandan Türkiyəyə keçirmək istəyən Rusiya vətəndaşı ətrafında araşdırmalar davam edir.