Sabunçu bazarında yanğın baş verib - FOTO - VİDEO
27 noyabr 2019 23:30 (UTC +04:00)

Sabunçu bazarında yanğın baş verib - FOTO - VİDEO

 

Sabunçu rayonunda yanğın hadisəsi baş verib.

APA-nın xəbərinə görə, rayon ərazisindəki Sabunçu bazarında yerləşən telefon aksesuarları satılan mağazada elektrik naqillərinin həddən artıq yüklənmə səbəbindən yanğın başlayıb.

Alov qısa zamanda yaxınlıqdakı aptekə və digər mağazalara keçib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Sabunçu və Nizami rayonları üzrə Yanğından Mühafizə Xidmətinin 5 briqdası cəlb edilib.

Alov söndürülüb, yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1471

Oxşar yazılar