418
19:06
27 Noyabr 2019

“Twitter”də bu profillər SİLİNƏCƏK

6 aydan çox müddətdə "Twitter" sosial şəbəkəsinə daxil olmayan istifadəçilərə göndərilmiş xəbərdarlıqda deyilir ki, dekabrın 11-dək sosial şəbəkəyə giriş üçün öz loqin və parollarından istifadə edilməsə, o zaman onların hesabı deaktiv ediləcək.

Lent.az "ictnews"a istinadən xəbər verir ki, aktiv olmayan profillərin bağlanması şirkətin siyasətinə və istifadəçi razılaşmasına zidd deyil.

Hələ ki "Twitter" yeni istifadəçilərin qeydiyyat zamanı aktiv olmayan hesabların bağlanması nəticəsində boş qalmış nikneymlərdən istifadə etməsi ilə bağlı məlumat verməyib. Sosial şəbəkənin nümayəndəsi bildirib ki, "təmizləmə" uzunmüddətli proses olacaq. Həmçinin dünyasını dəyişmiş istifadəçilərin hesabları silinəcək.